Düzəldilməsi: İndiki zamanın qeyri-müəyyən formasını yaratmaq
üçün felin məsdərindən məsdərlik əlaməti olan to ədatı atılır, üçüncü şəxsin təkində
-s
şəxs sonluğu əlavə edilir. Qalan şəxslərdə isə heç bir şəxs şəkilçisi
artırılmır, məs.:
I walk. We walk.
You
walk. You
walk.
He/she/it walks.
They walk.
Fel o, s, x, z hərflərindən və ya ss,
ch, sh, tch hərf birləşmələrinin biri ilə qurtarsa, üçüncü şəxs təkdə felin
sonuna –s şəkilçisi artırılır, məs.:
He goes, he passes, he watches, he pushes, he teaches və s.
Fel y hərfi ilə qurtarasa və andan əvvəl samit olarsa, üçüncü şəxs təkdə
felin sonuna şəxs şəkilçisi artırılarkən,
y hərfi i hərfinə çevrilir, felin sonuna –es şəkilçisi əlavə edilir, məs.: to study –he studies; to hurry –he
hurries; to try –she tries; to apply –she applies və s.
Y hərfindən əvvəl sait gələrsə, yəni felin sonu –ay, -ey, -oy, -uy şəklində bitərsə, felin kökündə heç bir dəyişiklik
etmədən onun sonuna sadəcə olaraq –s
şəkilçisi artırılır, məs.: to play –she plays; to say –he says; to enjoy –she
enjoys, to buy –she buys və s.
Üçüncü şəxsin təkində felin
sonuna artırılan –s (–es) şəkilçisi
özündən əvvəl gələn səsdən asılı olaraq üç cür oxunur:
1) sait və cingiltili samitlərdən
sonra [z], məs.:
He sees [si:z]. She lives [livz];
2) Kar samitlərdən sonra [s], məs.:
He works
[wə:ks]. She writes [raits];
3) [s], [z], [ʃ],[ tʃ ],[dʒ] fışıltılı səslərdən sonra [ız], məs.:
He pushes [puʃız]. She teaches [ti: tʃ]. She judges [dʒʌdʒız]
İndiki zamanın qeyri-müəyyən
formasında felin sual və inkar formaları to do köməkçi feli vasitəsilə düzəldilir.
To do feli üçüncü şəxsin təki üçün does, qalan şəxslər üçün təkdə və cəmdə
do olur. Sual formasını düzəltmək
üçün to
do köməkçi feli mübtədadan əvvələ keçir, əsas məna daşıyan məsdər isə
mübtədadan sonra to ədatı olmadan işlədilir.
Do I speak English? Do we speak English?
Do you speak English? Do you speak English?
Does she/he speak
English? Do they speak
English?
İndiki qeyri-müəyyən zamanda
olan cümlənin hər hansı bir üzvünə xüsusi sual verərəkən, ümumi sual
formasındakı ardıcıllığı saxlamaqla sual zərfləri cümlənin əvvəlində işlədilir.
Cümlənin mübtədasına sual verərkən who
(kim) sual zərfi cümlənin əvvəlində işlədilir, ancaq bu zaman to do köməkçi felindən istifadə
olunmur, məs.:
Where do you work? How often do you play tennis?
What does this word mean? Who plays the piano?
How much does it cost?
İndiki qeyri-müəyyən zamanın
inkar formasını düzəltmək üçün mübtədadan sonra to do köməkçi felinin müvafiq şəxs forması və ondan sonra isə not
inkar ədatı artırılır.
I do not read. We
do not read.
You do not read. You do not read.
She/he does not read. They do not read.
Müasir ingilis dilində to do köməkçi feli not inkar ədatı ilə birləşərək, don’t qısa inkar forma yaradır.
Bu zaman formasının sual-inkar
formasını düzəltmək üçün to do köməkçi
felinin şəxs formaları mübtədadan əvvəl, not inkar ədatı isə mübtədadan sonra
işlədilir və ya qısa inkar forma mübtədadan əvvəl işlənir, məs.:
Do you not read? Don’t you read?
Does she/he not read? Doesn’t she/he read?
İşlədilməsi: İndiki zamanın qeyri-müəyyən forması, aşağıdakı
göstərilən hərəkətləri bildirmək üçün işlədilir:
1. Adət halını almış, təkrarən
icra edilən, hərəkətləri bildirmək üçün bu halda hərəkətin təkrar olunmasını
bildirmək məqsədi ilə every day (hər
gün), every year (hər il), every week (hər həftə), every summer (hər yay), usually (adətən), always (həmişə), often (tez-tez),
sometimes (bəzən), never (heç vaxt) və s. zərfləri işlədilir,
məs.:
I go to the library every week.
We usually prepare our lesson
in the evening.
Leonard goes to The Jumping
Horse Tavern every Thursday evening.
We never finish jigsaw puzzles because the cat
always eats some of the pieces.
The postman brings us the
newspaper in the morning.
2. Adi nitq zamanı davam etməyən
hərəkəti göstərmək üçün,məs.:
The Stephens sisters are both
very talented; Virginia writes and Vanessa paints.
Ross annoys Walter by turning
pages too quickly.
The crowd moves across the
field in an attempt to see the rock star get into her helicopter.
The shelf holds three books
and a vase of flowers..
Deborah waits patiently while
Bridget books the tickets.
3. Təbiət və cəmiyyətdə ümumi
həqiqət olaraq baş verən hərəkətləri, ümumi anlayışları bildirmək üçün işlədilir.
Bu zaman typically (xüsusilə), generally speaking (ümumi danışanda) və
s. kimi ifadələr işlənir. Məsələn:
Calcium is important to the
formation of strong bones.
Canada day takes place on July
1, the anniversary of the signing of the British North America Act.
Rectangles have four sides.
4. Haqqında danışılan şəxsi səciyyələndirən
hal və ya hərəkətləri bildirmək üçün, məs.:
She has many accomplishments:
she sings and plays the piano beautifully.
She sleeps soundly.
5. İncəsənət əsərləri haqqında
danışılanda, məs.:
The Lady of Shallot weaves a
tapestry while watching the passers-by in her mirror.
Lear rages against the silence
of Cordelia and only belatedly realize that she not her more vocal sisters,
loves him.
The play ends with an epilogue
spoken by the fool.
6. Gələcək qeyri-müəyyən zaman
forması əvəzinə if - əgər, unless - əgər + felin inkar şəkli, till - kimi, qədər, as soon as - feli bağlama + kimi, provided that –o şərtlə
ki, when –o zaman ki, till, untill –o vaxta kimi ki və s. bağlayıcıları ilə başlayan zaman və şərt
budaq cümlələrində. Məsələn:
When she comes l shall speak
to her.
I promise not to try to see
Robert again till he asks for me.
I shall go to the theatre if
she comes in time.
Qeyd: when bağlayıcısı ilə başlayan mübtədə, xəbər və tamamlıq budaq cümlələrində
və if bağlayıcısı ilə başlayan
tamamlıq budaq cümlələrində gələcək qeyri-müəyyən zaman forması işlədilir.
I do not know if she will
come. (tamamlıq budaq cümləsi)
When he will translate this
article is uncertain. (mübtəda budaq cümləsi)
The question is when they will
arrive. (xəbər budaq cümləsi)
7. Gələcəkdə hökmən icra
olunacaq hərəkətləri bildirmək üçün zərf və zərf ifadələri ilə müşayət olunan
cümlələrdə. Bu zaman əksər hallarda hərəkət bildirən to leave –tərk etmək, çıxıb getmək, to start –yola düşmək, to
sail –üzmək (gəmi haqqında), to
return –qayıtmaq, to arrive –gəlib
çatmaq, to go –getmək, to come –gəlmək
felləri ilə yaxın gələcəkdə icra olunacaq gələcək hərəkəti göstərmək üçün. Məsələn:
The train starts in twenty
minutes.
He goes to London tomorrow.
Qeyd etmək lazımdır ki, müasir
Azərbaycan dilində də eyni vəziyyət müşahidə olunur: yəni müasir dilimizdə gələcəkdə
icrasına əmin olduğumuz hərəkətləri bildirmək üçün gələcək zaman əvəzinə indiki
zaman işlədirik, məs.:
Qatar 20 dəqiqədən yola düşür
(yola düşəcək).
8. Nİtq zamanı icra olunan hərəkətləri
göstərmək üçün, davamedici zaman formaları ilə işlədilməyən fellərlə. Bu fellər
aşağıdakılardır.
To taste –dadmaq, to
like –xoşlamaq, to love –sevmək, to hate –nifrət etmək, to want –istəmək,
to need –lazım olmaq, to prefer –üstün tutmaq, to know –bilmək, to realize –aşkarlamaq, to
suppose –güman etmək, to apologize –üzr
istəmək, to promise –söz vermək, to suggest –təklif etmək, to refuse –inkar etmək, to insist –israr etmək, to resemble –oxşamaq, to mean –məna kəsb etmək, to understand –başa düşmək, to believe –inanmaq, to remember –xatırlamaq, to belong –aid olmaq, to contain –ehtiva etmək,
to consist –ibarət olmaq, to depend
–asılı olmaq, to seem –görünmək, to smell –iyləmək, to agree –razılaşmaq, to
disagree –razılaşmamaq, to asume
–qəbul etmək, to cost –dəyəri olmaq, to feel –hiss etmək, to enjoy –həzz almaq, to hope –ümid etmək, to have –malik olmaq, to look –baxmaq, to own –sahib olmaq, to
regret –təəssüf etmək.
Bu zaman cümlədə right now -dərhal indi, as l speak
–mən danışan kimi, at this very moment
–bu dəqiqə və s. tipli zərf ifadələri işlədilir, məs.:
I see Tom in the street. Tell
him to come in.
I hear somebody knock. Go and
open the door.
She does not understand what
you say.
İndiki qeyri-müəyən zaman
formasında işlədilən zaman zərfləri nəqli təsdiq cümlələrin həm əvvəlində, həm
də sonunda işlədilə bilir. Sual və inkar nəqli cümlələrdə isə bu söz birləşmələri
həmişə cümlənin sonunda işlədilir.
Azərbaycan dilində qarşılığı: İndiki zamanın qeyri-müəyyən forması Azərbaycan
dilinə bir qayda olaraq felin indiki zaman forması ilə tərcümə edilir, məs.:
I like to sleep in the daytime – mən gündüz
yatmağı xoşlayıram.
Water boils at 100 centigrade
–Su 100 dərəcədə qaynayır.
İndiki zamanın qeyri-müəyyən
forması şərt cümlələrində işlənərkən dilimizə aşağıdakı şəkildə tərcümə edilir;
a) felin şərt forması vasitəsilə,
məs.:
İf he comes, we shall see him
–Əgər o gəlsə, biz onu görəcəyik.
b) zaman budaq cümlələrində
işlənərkən isə feli bağlama yaxud da feli sifət + qoşma vasitəsilə, məs.:
l always see him when he comes
to the inistitute –O instituta gələndə mən həmişə onu görürəm.
I shall tell
him everything as soon as he comes –O gələn kimi mən hərşeyi ona danışacağam.
okey
ReplyDelete