Tuesday, December 10, 2013

VI sinif formativ qiymətləndirmə üçün rubrikler



1.    Dinləyib – anlama

1.1.1.Müraciətlər zamanı sadə sualları cavablandırır
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Sadə müraciətlərə əməl edir.
Sadə müraciətləri tapşırıqlarda yerinə yetirir .
Müraciətlərə uyğun sadə sualları cavablandırır.
İkimərhələli müraciətləri və sadə sualları cavablandırır.

1.1.2. Dinlədiyi mətndəki yeni informasiyanı müəyyən edir.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Mətnin ümumi məzmununu müəyyən edir.
Mətnin əsas ideyasını müəyyən edir.
Mətnin hissələrini fərqləndirir.
Mətndəki yeni informasiyanı düzgün seçir.



2. Danışma

2.1.1. Öyrəndiyi yeni söz və ifadələrdən mövzuya uyğun istifadə edir.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Öyrəndiyi yeni sözlərdən mövzuya uyğun istifadə edir.
Öyrəndiyi yeni ifadələrdən mövzuya uyğun istifadə edir.
Öyrəndiyi yeni söz və ifadələrdən mövzuya uyğun istifadə edir.
Mövzu ilə bağlı verilmiş situasiyaya uyğun yeni söz və ifadələrdən nitqində düzgün istifadə edir.

2.1.2. Müxtəlif mövzulu dialoqlarda iştirak edir.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Müxtəlif mövzulu dialoqlara aid verilmiş sualları cavablandırır.
Müxtəlif mövzulu dialoqlar əsasında suallar tərtib edir.
Öyrəndiyi yeni söz və ifadələrdən istifadə edərək müxtəlif məzmunlu dialoqa girir.
Öyrəndiyi nitq etiketlərindən istifadə edərək müxtəlif mövzularda ünsiyyət qurur.

2.1.3 Mövzu ilə bağlı fikirlərini ifadə edir.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Mövzuya aid sualları cavablandırır.
Mövzuya aid suallar tərtib edir.
Mövzuya uyğun mətn quraraq danışır.
Mövzuya aid fikrini sərbəst şəkildə ifadə edir.



3.    Oxu

3.1.1. Söz və ifadələrin leksik-semantik mənasını fərqləndirir.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Oxuduğu mətnlərin ümumi məzmununu müəyyən edir.
Oxuduğu mətndə söz və ifadələrin mənasını fərqləndirir.
Oxuduğu mətndəki söz və ifadələri seçir və qruplaşdırır.
Oxuduğu mətndəki söz və ifadələrin mənasını izah edir.

3.1.2. Mətndəki sözləri düzgün vurğu ilə oxuyur.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Mətndəki sözləri düzgün vurğu ilə oxuyur.
Mətndəki sözləri düzgün vurğu və sürətlə oxuyur.
Mətndəki sözləri düzgün vurğu və sürətlə oxuyur, mətnə uyğun suallara cavab verir.
Mətndəki sözləri düzgün vurğu ilə, sürətlə və ifadəli oxuyur, mətnin bütov hissələrini fərqləndirir və mətnə uyğun suallara cavab verir.

3.1.3. Mətni tərkib hissələrinə (giriş, əsas hissə, nəticə) ayırır.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Mətnin tərkib hissələri sərbəst fərqləndirə bilmir.
Mətnin tərkib hissələri çətinliklə fərqləndirir.
Mətnin yalnız giriş və nəticə hissəsini fərqləndirir.
Mətnin bütöv hissələrini fərqləndirir və mətnə uyğun suallara cavab verir.

3.1.4. Mətnin məzmununa uyğun suallar verir.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Mətndəki sözləri qismən düzgün oxuyur və  məzmununa uyğun sualları cavablandıra bilmir.
Mətndəki sözləri düzgün vurğu və sürətlə oxuyur, mətnə sadə uyğun suallara cavab verir.
Mətndəki sözləri düzgün vurğu və sürətlə oxuyur, mətnə uyğun bütün suallara cavab verir.
Mətnin məzmununa uyğun məna və qrammatik cəhətdən əlaqələndirilmiş suallar verir.



4. Yazı
4.1.1. Verilmiş cümlələr əsasında kiçikhəcmli mətnlər qurur.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Əşya və hadisələrin adını yazır və verilmiş sözləri qismən əlaqələndirərək cümlələr qurur.
Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.
Verilmiş söz və cümlələri məna və qrammatik cəhətdən əlaqələndirərək kiçikhəcmli mətnlər qurur.
Keçilmiş mövzular əsasında məktub, elan və təbrikləri düzgün yazır.

4.1.2. Gördüyü əşya və hadisələrin əlamətlərini yazır.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Gördüyü əşya və hadisələrin adlarını və əlamətlərini düzgün yaza bilmir.
Gördüyü əşya və hadisələrin adlarını və əlamətlərini düzgün yazır.
Verilmiş sözləri əlaqələndirərək əşya və hadisələri yazılı təsvir edir.
Gördüyü əşya və hadisələrin adlarını və əlamətlərini düzgün yazaraq məna və qrammatik cəhətdən əlaqələndirilmiş cümlələr qurur.

4.1.3. Sözləri orfoqrafiya qaydalarına uyğun yazır.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Orfoqrafiya qaydalarına əməl edərək əşya və hadisələrin adını imla şəklində düzgün yaza bilmir.
Orfoqrafiya qaydalarına əməl edərək əşya və hadisələrin adını imla şəklində qismən yaza bilir.
Orfoqrafiya qaydalarına əməl edərək əşya və hadisələrin adını imla şəklində düzgün yaza bilir ancaq sərbəst şəkildə qrammatik formaları dəyişərək yaza bilmir.
Orfoqrafiya qaydalarına əməl edərək gördüyü əşya və hadisələrin adlarını və əlamətlərini düzgün yazır.

4.1.4. Məktub və elan yazır.
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Məktub, elan və təbrikləri bir-birindən fərqləndirə bilmir.
Məktub, elan və təbrikləri tanıyır amma  yaza bilmir.
Məktub, elan və təbrikləri bir-birindən fərqləndirir və müəllimin köməyilə yaza bilir.
Keçilmiş mövzular əsasında məktub, elan və təbrikləri düzgün yazır.

No comments:

Post a Comment