Dərs planı yazmağın bir çox üsülu var, bu onlardan sadəcə
biridir. Yaxşı dərs planı müəllimə bir mövzudan digərinə, bir fəaliyyət formasından digərinə rahatca keçməyə
imkan yaradır. Dərs planının hissələri bir-birini izləyib tamamlamalı və
şagirdlərə növbəti məqsədi yerinə yetirməyə kömək edir.
Adətən planlaşdırma bu mərhələlərlə gedir:
Presentation-Practice-Production (PPP) Təqdimat – Məşq- Tətbiqetmə
Dərs planı müəllimlərə bu formatı effektiv ardıcıllıqla
izləməyə kömək edir.
ƏVVƏLCƏ:
·
Başlıq yarat. Dərsin
üçün qısa başlıq yarat bu sənə dərsin nə haqqında olduğunu xatırlamağa kömək edəcək
və daha sonra da ona qayıdıb baxa biləcəksən
·
Dərsin üçün məqsəd
qoy. Dərs məqsədinin yaxşı izahı belədir: “Siz uşaqlarınızın əvvəlki dərslərdə
edə bilmədiyi nəyi etməyini istəyirsiniz?” Məsələn: “Şagirdlər keçmiş
davamedici zaman formasını anlayacaq və keçmiş davamedici zaman formasında öz cümlələrini quracaqlar.”
NÖVBƏTİ:
I Addım: Motivasiya
Motivasiya şagirdlərdə dərsə qarşı maraq yaradır.
·
Əgər şagirdlər
öyrəndiyi mövzunun arxasındakı NİYƏ-ni anlaya bilsələr yəni onlar nə öyrənəcəklər
və necə öyrənəcəklər bilsələr o zaman onlar dərsi daha tez anlayacaq və iştirak
etməkçün can atacaqlar.
·
İnsanların
öyrəndikləri əvvəl bildiklərilə əlaqəli olanda onu daha uzun müddət və daha
effektli yadda saxlayırlar. Bu əvvəlki baza biliyin işə salınması kimi bilinir.
Tədqiqatlar sübut edir ki, yeni biliklər bizim beynimizdəki köhnə biliklərlə
müqayisə olunur. Buna görə də şagirdlərə dərs haqqında əvvəlcədən nə bildiklərini
görməyə kömək etmək
o Onlara yeni
bilikləri daha cəld mənimsəməyə kömək edir.
o Onlara yeni məlumatı
uzunmüddət xatırlamağa kömək edir.
II Addım: Təqdimat / İnformasiya
Təqdimat / İnformasiya hissəsi mühazirə, oxu, pover pointdə təqdimat,
video və audio kliplərin nümayişindən ibarət ola bilər. Yaxud da bu özündə dil
xüsusiyyətlərini əks etdirən dialoq ola bilər. Təqdimat tez tez izahlarla, nümunələrlə
müşayət olunmalıdırki şagirdlər üçün anlaşılan olsun. BU SİZİN DƏRSİN ƏN ƏSAS
HİSSƏSİDİR! BURADA SİZ ŞAGİRDLƏRİNİZƏ YENİ BİR ŞEY ÖYRƏDİRSİZ! BU ƏN VACİBİDİR!
III Addım: Məşq
Bu mərhələdə şagirdlərə yenicə öyrənmiş olduqları məlumatları
məşq etmək imkanı verilir. Məşq mərhələsi Tətbiqetmə mərhələsindən daha
mexanikidir.(məs, yeni sözləri düzgün və səlis tələffüzünü öyrənmək üçün təkrar
etmək)Məşq şagirdlərə Təqdimat mərhələsində öyrənmiş olduqları anlayış, qayda,
ideya və formulların bir qismini istifadə etməyə imkan verir.
IV Addım: Tətbiqetmə
Bu mərhələdə şagirdlər öyrənmiş olduqları məlumatları
real həyatda tətbiq edirlər. Təbii ki, bu həmişə mümkün deyil xüsusilədə xarici
dil tədrisində. Buna görə də adətən sinifdəki tətbiqetmə daha çox real həyatdakı
təcrübənin rollu oyunlar bənzətmə və imitasiya vasitəsilə təsviridir.
SON:
Hesabat: Sonda
şagirdlərin bu gün dərsdə nəyi öyrəndiklərini dəqiqləşdirmək lazımdır. Şagirdlər
öyrəndikləri mövzu ilə bağlı ümumiləşdirmə aparmalı və əsas məqamların xülasəsini
çıxarmalıdırlar.
Əsasan aşağıdakı kimi suallar əsasında bu mərhələni
həyata keçirmək olar.
·
Əvvəl bilmədiyiniz
nəyi öyrəndiniz?
·
Nə asan idi?
Nə sizdə dolaşıqlıq yarada bilər? Nəyi anlamadınız?
·
Dərsin hansı
hissəsinə daha çox izahata ehtiyac vardı?
və s.
Dəsdən sonra isə özünüz üçün bir hesabat aparın: Dərsdə
nə yaxşı alındı? Nəyi daha fərqli etmək olardı? Növbəti dərsdə hansı məqama
yenidən toxunmalısınız?
No comments:
Post a Comment