Düzəldilməsi: Keçmişə nəzərən gələcək zamanın bitmiş forması to have köməkçi felinin
keçmişə nəzərən gələcək zaman qeyri-müəyyən forması (should/would have) və əsas felin keçmiş zaman feli sifəti (Participle
II) vasitəsi ilə düzəldilir.
I should have realized. We should have realized.
You would have realized. You would have realized.
He/she would have realized. They would have realized.
Bu zaman formasının sual şəklini
düzəltmək üçün birinci köməkçi feli (should/would) mübtədadan əvvələ
keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feldən sonra not
inkar ədatını işlətmək lazımdır.
Should I have realized? I should not have realized. Would you have realized? You would not have realized.
Would he/she have realized? He would not have realized.
Should we have realized? We should not have realized.
Would you have realized? You would not have realized.
Would they have realized? They would not have realized.
Keçmişə nəzərən gələcək
zamanın bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Should I not have realized? Should we not have realized? Would you not have realized? Would you not have realized?
Wouldn’t he/she have realized? Would they not have realized?
Bu
zaman formasının qısa şəkilləri belədir:
He’d have realized.
Wouldn’t you have realized?
You wouldn’t have realized.
İşlədilməsi: Keçmişə nəzərən gələcək zamanın bitmiş forması
aşağıdakı hallarda işlədilir:
1. Keçmiş baxımından gələcək
hesab edilən müəyyən bir vaxta kimi icra edilib tamamlanması, baş verib
qurtarması nəzərdə tutulan hərəkətləri bildirmək üçün, məs.:
He said that he would have taken
his examinations by the first of July.
2. Keçmiş baxımından gələcək
hesab edilən müəyyən bir vaxtdan əvvəl başlanmış və həmin vaxt davam edən hərəkətləri
bildirir. Məsələn:
He said that when l returned, the
wine will have been fermenting for three months.
Azərbaycan dilində qarşılığı: Keçmişə nəzərən gələcək zamanın bitmiş forması Azərbaycan
dilinə felin –mış/ -miş/ -muş/ -müş +
olacaq perifrastik forması vasitəsilə tərcümə edilir.
By 12 o’clock tomorrow afternoon they
will have been discussing the problem for two hours.
Sabah günorta
saat 12 – də onlar bu məsələni 2 saat müzakirə etmiş olacaqlar.
No comments:
Post a Comment