Thursday, January 23, 2014

İndiki zamanın davam edib bitmiş forması (The Present Progressive Tense)



Düzəldilməsi: İndiki zamanın davam edib bitmiş forması to be köməkçi felinin indiki zamanın bitmiş forması (have/has been) və əsas felin indiki zaman feli sifəti (Participle I) vasitəsi ilə düzəldilir.
      I have been expecting.                       We have been expecting. 
      You have been expecting.                  You have been expecting.
      He (she) has been expecting.           They have been expecting.
Bu zaman formasının sual şəklini düzəltmək üçün birinci köməkçi feli mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feldən sonra not inkar ədatını işlətmək lazımdır.
Have I been expecting?              I have not been expecting.
Have you been expecting?        You have not been expecting.
Has he/she been expecting?    He (she) has not been expecting.
Have we been expecting?         We have not been expecting.
Have you been expecting?        You have not been expecting.
Have they been expecting?       They have not been expecting.
 İndiki zamanın davam edib bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Have I not been expecting?          Have we not been expecting?
Have you not been expecting?     Have you not been expecting?
Has she/he not been expectin?    Have they not been expecting?
Bu zaman formasının qısa şəkilləri belədir:
I’ve been expecting.
We haven’t been expecting.
Hasn’t she/he been expecting?          
İşlədilməsi: İndiki davam edib bitmiş zaman formasının iki şəkildə -inklusiveksklusiv işlənməsi mövcuddur.
1. İndiki davam edib bitmiş zaman formasının danışıq zamanı hərəkətin davam etməsini bildirməsinə onun inklusiv işlənməsi deyilir. İnklusiv işlənmə zamanı indiki davam edib bitmiş zaman forması keçmişdə icra olunmağa başlanan danışıq zamanı da davam edən hərəkətləri bildirir. Bu halda, bir qayda olaraq, hərəkətin başlanğıcını bildirmək üçün since, onun davam etmə müddətini göstərmək üçün isə for sözönü işlədilir. Əgər since bağlayıcısı budaq cümlə ilə işlədilirsə, budaq cümlədəki felin xəbəri keçmiş zamanın qeyri-müəyyən formasında olur. Məsələn:
They have been publishing this comic book for ten years.
The children have playing in the yard since 6 o’clock.
He has been working at that factory since he came to Baku.
Davamedici zaman formalarında işlədilməyən fellər isə yalnız indiki zamanın bitmiş formasında işlədilir.
Qeyd: Davamedici zaman formalarında işlədilməməsinə baxmayaraq tez-tez şifahi nitqdə to wishto want felləri indiki davam edib bitmiş zaman formasında işlədilir:
I have been wishing to speak to you ever since you returned.
2. İndiki davam edib bitmiş zaman formasının danışıq zamanı hərəkətin davam etmədiyini bildirməsinə onun eksklusiv işlənməsi deyilir.
I feel tired as I have been working in the garden for several hours.
I have been writing this essay in your absence.
3. İndiki davam edib bitmiş zaman forması həmdə dəfələrlə təkrarən icra edilən, baş verən hərəkətləri bildirmək üçün işlədilir, məs.:
I have been getting flower from him.
Azərbaycan dilində qarşılığı: İndiki zamanın davam edib bitmiş formasının Azərbaycan dilinə tərcüməsi onun inklusiveksklusiv  işlənməsindən asılı olur.
1) bu zaman forması inklusiv işlənərkən Azərbaycan dilinə bir qayda olaraq, felin indiki zaman forması ilə tərcümə edilir.
 I have been hearing a lot about her during the past few days.
Son 1 neçə gün ərzində mən onun haqqında çox eşidirəm.
He has been studying for two years at the university.
O 2 ildir ki, universitetdə oxuyur.
2) həmin zaman forması eksklusiv işlənərkən Azərbaycan dilinə felin nəqli keçmiş zaman forması vasitəsilə tərcümə edilir.
I’m tired. I have been working in the garden all day.
Mən yorulmuşam. Mən bütün günü bağda işləmişəm.
Your eyes are red. You have been crying.
       Sənin gözlərin qızarıb. Sən ağlamısan.

No comments:

Post a Comment