Friday, January 31, 2014

Keçmiş zamanın davam edib bitmiş forması (The past perfect progressive Tense



 Düzəldilməsi: Keçmiş zamanın davam edib bitmiş forması to be köməkçi feilinin keçmiş zamanın bitmiş forması (had been) və əsas feilin indiki zaman feili sifəti (Participle I) vasitəsi ilə düzəldilir.
I had been inviting.                   We had been inviting.                  
You had been inviting.              You had been inviting.                  
He/she had been inviting.        They had been inviting.                  
Bu zaman formasının sual şəklini düzəltmək üçün birinci köməkçi feili (had) mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feildən sonra not inkar ədatını işlətmək lazımdır.
Had I been inviting?                 I had not been inviting. 
Had you been inviting?            You had not been inviting. 
Had he/she been inviting?       He/she had not been inviting.
Had we been inviting?             We had not been inviting.     
       Had you been inviting?            You had not been inviting.         
Had they been inviting?           They had not been inviting.              
 Keçmiş zamanın davam edib bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Had I not been inviting?               Had we not been inviting?
Had you not been inviting?          Had you not been inviting?
Had he/she not been inviting?     Had they not been inviting?
Bu zaman formasının qısa şəkilləri belədir:
They had been inviting.                  
We hadn’t been inviting.
Hadn’t you been inviting?        
İşlədilməsi: Keçmiş zamanın davam edib bitmiş forması aşağıdakı hallarda işlədilir:
1. İnklusiv işlənmə - keçmişdə müəyyən vaxtdan və ya hərəkətdən əvvəl başlanmış, bir müddət davam etmiş və həmin vaxtda da davam edən hərəkətləri bildirmək üçün. Bu halda hərəkətin davam müddətini göstərmək üçün for, başlanğıcını göstərmək üçün isə since sözünü işlədilir.
 Madeleine had been reading mystery novels for several years before she discovered the works of  Agatha Christie.
2.Eksklusiv işlənmə -keçmişdə baş verib müəyyən müddət davam edən, lakin həmin anda davam etməyən hərəkətləri bildirmək üçün, məsələn:
He felt tired as he had been playing football for several hours. 
Azərbaycan dilində qarşılığı: Keçmiş zamanın davam edib bitmiş formasının Azərbaycan dilində qarşılığı onun inklusiveksklusiv  işlənməsindən asılıdır:
a) bu zaman forması inklusiv işlənərkən dilimizə şühudi keçmiş zamanın bitməmiş forması ilə;
We had been talking about repainting the front room for 3 years and last night we finally bought the paint.
Biz ön otağın təmiri haqqında  üç ildir ki danışırdıq və nəhayət keçən gecə  biz boyaq aldıq.
b) eksklusiv  işlənərkən isə nəqli keçmiş zaman forması ilə tərcümə edilir.
He finally arrived at 6 oclock. I had been waiting for him since 3 oclock.  
O nəhayət saat altıda gəlib çatdı. Mən onu saat üçdən bəri  gözləmişdim.  

No comments:

Post a Comment