Düzəldilməsi: Gələcək zamanın davam edib bitəcək forması to be
köməkçi felinin gələcək zamanın bitmiş forması (shall/will have been) və əsas felin indiki zaman feli sifəti (Participle
I) vasitəsi ilə düzəldilir.
I shall have been holding. We shall have been
holding.
You will have been holding. You will have been
holding.
He/she
will have been holding. They will have been holding.
Bu zaman formasının sual şəklini
düzəltmək üçün birinci köməkçi feli (shall/will) mübtədadan əvvələ
keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feldən sonra not
inkar ədatını işlətmək lazımdır. Shall I not have been holding?
Will you not have been holding?
Will he/she not have been holding?
Shall we not have been holding?
Will you not have been holding?
Will they not have been holding?
I shall not have been holding.
You will not have been holding.
He/she will not have been holding.
We shall not have been
holding.
You will not have been
holding.
They will not have been holding.
Gələcək zamanın davam edib bitəcək
formasının inkar - sual şəkli aşağıdakı
kimidir: Shan’t I have been holding? Shan’t we have been holding?
Won’t you have been holding? Won’t you have been holding?
Won’t he/she have been holding? Won’t they have been holding?
Bu zaman formasının qısa şəkilləri belədir:
They will have been holding.
We shan’t have been holding.
Won’t you been holding?
İşlədilməsi: Gələcək zamanın davam edib bitəcək forması gələcəkdə
müəyyən bir vaxtdan əvvəl icrasının başlanacaq və müəyyən müddət davam edib bitəcək
hərəkətləri bildirmək üçün işlədilir.
By the time the meeting is over,
the committee will have been arguing about which candidate to interview for 3 hours.
Azərbaycan dilində qarşılığı: Gələcək zamanın davam edib bitəcək forması Azərbaycan dilinə felin –mış/ -miş/ -muş/ -müş + olacaq perifrastik forması vasitəsilə tərcümə
edilir.
They will have been running for several hours before
Gunel arrives.
Günel çatanda onlar bir neçə saat qaçmış olacaqlar.