Düzəldilməsi: Gələcək zamanın bitmiş forması to have köməkçi felinin gələcək
zaman qeyri-müəyyən forması (shall/will have) və əsas felin
keçmiş zaman feli sifəti (Participle II) vasitəsi ilə düzəldilir.
I shall have signed. We shall have signed.
You will
have signed. You
will have signed.
He/she will have signed. They will have signed.
Bu zaman formasının sual şəklini
düzəltmək üçün birinci köməkçi feli (shall/will) mübtədadan əvvələ
keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feldən sonra not
inkar ədatını işlətmək lazımdır.
Shall I have signed? I shall not have signed.
Will you have signed? You will not have
signed.
Will he/she have signed? He/she will not have signed.
Shall we have signed? We shall not have signed.
Will you have signed? You will not have signed.
Will they have signed? They will not have signed.
Gələcək zamanın bitmiş formasının inkar - sual şəkli
aşağıdakı kimidir:
Shall I not have signed? Shall we not have
signed?
Will you not have signed? Will you not have signed?
Will he/she not have signed? Will they not have signed?
Bu zaman formasının qısa şəkilləri
belədir:
I’ll have signed.
I shan’t have signed.
Won’t you have signed?
İşlədilməsi: Gələcək
zaman bitmiş forması aşağıdakı şəkildə işlədilir:
1. Gələcəkdə müəyyən bir vaxta qədər
baş verib, icra edilib qurtaracaq hərəkətləri bildirmək üçün, məs.:
I’ll have retired by the year
2008.
Hərərkətin bitdiyini göstərən gələcək
vaxt aşağıdakı vasitələrlə ifa edilir:
a) by 2
o`clock –saat 2-yə kimi, by that time – o vaxtadək, soon – tezliklə, then –sonra, by Monday
(Sunday, Monday, etc.) – Bazar ertəsinədək (cümə gününə, bazar gününə qədər
və s.) by the end (beginning) of April
(June, Jule etc.) – aprelin (iyunun, iyulun və s.) axrına ( əvvəlinə) qədər
və s. zərf və ya zərf birləşmələri
ilə məs.:
The student will have completed
the perfect tense by the end of this lesson.
This application will have
fulfilled by Friday.
b) gələcəkdə icra ediləcək, baş verəcək digər bir hərəkətlə,
məs.:
The ice will have broken up
before the ship reaches port.
When, after, till, untill, if və s. bağlayıcılarla başlayan gələcək bitmiş hərəkəti ifadə
edən şərt və zaman budaq cümlələrində gələcək zamanın bitmiş forması əvəzinə
indiki bitmiş zamn forması işlədilir. Adətən belə halda baş cümlədə gələcək
zamanın qeyri-müəyyən forması işlədilir, məs.:
She will send this article after
she has translated it.
2. Gələcəkdə müəyyən bir vaxtdan əvvəl icrasına başlanan
və həmin vaxtda hələ də davam edən hərəkətləri bildirmək üçün. Gələcək zamanın
bitmiş formasının bu cür işlənməsi inklusiv
işlənmə adlanır. Gələcək zamanın bitmiş
formasının inklusiv işlənməsi indiki
və keçmiş zamanın bitmiş formalarının analoji işlənməsində olduğu kimi davam
edici zaman formalarında işlədilməyən fellər ilə işlədilir. İnklusiv işlənmə zamanı hərəkətin davam etdiyi müddəti göstərmək üçün for sözönü işlədilir:
I shall have been a student for
four years by next May.
3. Gələcək zamanın bitmiş forması
bəzən gələcək hərəkəti deyil, keçmişə aid olan və icrası güman edilən bir hərəkəti
də ifadə etmək üçün işlədilir. Belə cümlələrdə gələcək zamanın bitmiş forması
öz mənasına görə must modal feli ilə
bitmiş formasını məsdərinə (Perfect İnfinitive) yaxın olur və dilimizə yəqin ki, çox güman ki, sözləri vasitəsilə
tərcümə olunur. Gələcək zamanın bitmiş formasının bu şəkildə işlənməsinə
tez-tez işgüzar məktublarda, qəzet və jurnal məqalələrində təsadüf olunur. Məsələn:
You will have read in the newspapers about the USA – İraq war.
Yəqin ki, qəzetlərdə ABŞ –İraq
müharibəsi haqqında oxumuşsunuz.
Azərbaycan dilində qarşılığı: Gələcək zamanın bitmiş forması Azərbaycan dilinə felin –mış/ -miş/ -muş/ -müş + olacaq perifrastik forması vasitəsilə tərcümə
edilir.
The train will have left by the time we get to
the station.
Biz stansiyaya çatanda qatar getmiş
olacaq.
salam ingilisdilində yazdiglarinizi tercümə eleseydiniz lap yaxşı olardı
ReplyDelete