Düzəldilməsi: Keçmiş zamanın qeyri - müəyyən formasının düzəldilməsi
üçün vahid qayda yoxdur. Bu baxımdan ingilis dili felləri üç qrupa bölünür: 1) qaydalı
fellər (Regular verbs); 2) qaydasız fellər (İrregular verbs); 3) qarışıq fellər
( Mixed verbs).
Qaydalı fellərin keçmiş zaman
qeyri-müəyyən forması –ed suffiksi vasitəsilə düzəldilir; felin
məsdər formasında to ədatı atılır və bütün şəxslərdə eyni olaraq felin sonuna –ed
suffiksi əlavə edilir, məs.:
I moved. We moved.
You moved. You moved.
She/he moved. They moved.
-ed suffiksi özündən əvvəl gələn səsdən asılı olaraq iki cür oxunur:
1) sait və cingiltili samitlərdən
sonra [d], məs.: played [pleid], opened [oupənd];
2) d və t samitlərindən
sonra [id], məs.: added [ædid], wanted [wɔntid].
Qaydalı fellərin
keçmiş zaman qeyri-müəyyən zaman formasını düzəldərkən aşağıdakı yazı
qaydalarına riayət etmək lazımdır.
1. Felin əsası
y hərfi ilə qurtararsa və y dan əvvəl samit gələrsə, y hərfi i hərfinə çevrilir, məs.:
To study
–studied; to modify –modified; to apply –applied.
Y hərfindən əvvəl sait gəldikdə y hərfi dəyişmir, məs.: to play –played.
2. Fel samitlə
qurtararsa və samitdən əvvəl vurğulu qısa sait gələrsə, belə fellərin keçmiş
qeyri-müəyyən zaman formasını düzəldərkən son samit qoşalaşır, məs.: to stop
–stopped, to plan –planned, to rub –rubbed və s.
Əgər samitlə
qurtaran felin son hecası vurğusuzdursa, son samit qoşalaşmır, məs.: to visit
–visited, to devolop –developed, to happen –happened.
Felin sonunu r hərfi ilə bitərsə və ondan əvvəl
vurğulu sait gələrsə, r hərfi
qoşalaşır, məs.: to prefer –preferred.
R hərfindən əvvəl diftonq gəldikdə, r hərfi qoşalaşmır, məs.: to appear –appeared.
Əgər l hərfi vurğulu və ya vurğusuz qısa saitlə müşayət olunursa –ed suffiksi artırılan zaman l hərfi qoşalaşır, məs.: to compel
–compelled, to quarrel –quarelled.
Ancaq ingilis dilinin amerikan
variantında l hərfi qoşalaşmır; məs.:
to travel –traveled, to consel –conseled və s.
Qaydasız fellərin keçmiş
qeyri-müəyyən zaman forması məüyyən bir qayda əsasında deyil, müxtəlif yollarla
düzəldilir.
Keçmiş zamanın qeyri-müəyyən
zaman formasının sual şəklini yaratmaq üçün to do köməkçi felinin keçmiş zaman
forması – did köməkçi felindən və
to ədatı olmadan əsas məna daşıyan felin məsdərindən istifadə edilir. Did köməkçi feli mübtədadan əvvəl gəlir,
məs.: Did we work? Did you work? Did she/he work?
Keçmiş qeyri-müəyyən zaman
formasında fellərin inkarını əmələ gətirmək üçün keçmiş zamanda to do
(did) felindən və not inkar sözündən istifadə edilir,
məs.:
I did not work. We did not work.
You did not work. You did not work.
He/she did not work. They did not work.
Ümumi suallara qısa təsdiq,
cavabı verərkən yes sözündən,
müvafiq şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədadan və keçmiş qeyri-müəyyən
zamanda to do (did) felindən istifadə edilir.
-Did you write a letter -Sən dünən məktub yazdın?
yesterday?
-Yes l did. –Bəli.
Ümumi suallara qısa inkar
cavab verərkən no inkar sözündən,
müvafiq şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədadan və keçmiş qeyri-müəyyən
zaman formasında to do (did) felinin
inkar şəklindən did not (didn`t) istifadə edilir.
-Did he read this letter -O dünən bu məktubu
oxudumu?
yesterday?
-No, he didn`t. –Xeyr.
İnkar sual şəkli iki formada
olur.
Did he not read? Didn`t he read?
İşlədilməsi: Keçmiş zamanın qeyri-müəyyən zaman forması aşağıda
göstərilən hərəkətləri bildirmək üçün işlədilir:
1.
Ümumiyyətlə keçmişdə baş vermiş hərəkətləri bildirmək üçün, məs.:
I
wrote the letter and went away.
The
nagatiations ended last week.
2.Keçmişdə
ardıcıl olaraq baş verən, icra edilən hərəkətləri bildirmək üçün, məs.:
He
left the hotel, took a taxi and drove to the theatre.
The
manager entered the office, sat down at his desk, and began to look through the
morning mail.
3.
Keçmişdə təkrarən baş verən, icra edilən hərəkətləri bildirmək üçün, məs.:
He
made an entry in his dairy every night.
When
l lived in Moscow l went to the Zoo every month.
Keçmişdə
müntəzəm olaraq təkrar olunmuş hərəkəti göstərmək üçün used + məsdər və would + məsdər
birləşmələrindən istifadə olunur, məs.:
Last
winter l used to spend a lof of time in the library.
When
she tired of something, she would spend all days locked in her room.
Used
+ to keçmişdə vərdiş
halında olub, təkrar olunan hərəkəti göstərməklə bərabər keçmişdə uzan müddət
davam edən hərəkəti də göstərir. Belə halda used + to ifadəsindən
sonra to be, to live, to know və s. kimi fellər işlədilir.
I
used to know that teacher. Mən o müəllimi tanıyırdım. (Müəyyən
bir müddət tanış olmuşuq.)
The
used to be strong then. Onlar o zaman
güclü idilər. (Bir müddət güclü idilər.)
Sual
şəklində adətən used mübtədadan əvvələ
gəlir, bəzən də did felindən də
istifadə olunur.
Used
you (did you use) to take English lessons every day?
İnkar
forma düzəltmək üçün used felindən
sonra
not inkar ədatı işlədilir, bəzən də did köməkçi felindən istifadə edilir, məs.:
He
used not (usen`t, usedn`t) to have dinner at home.
4.
Keçmiş qeyri-müəyyən forması bir qayda olaraq yesterday –dünən, last week
–keçən həftə, last year –keçən il, two days (weeks, months, years və s) ago
–iki gün (həftə, ay, il və s.) əvvəl, once
–bir dəfə, once upon time –nə vaxtsa, bir zaman və s. zərf və ya zərf birləşmələri
ilə işlədilir; məs.:
Yesterday
he came from New York.
The
police stopped me on my way home last night.
She
saw Tom in the village a few days ago.
In
those years we visited each other every week.
Azərbaycan dilində qarşılığı: Keçmiş zamanın qeyri-müəyyən forması Azərbaycan
dilinə aşağıdakı fel formaları vasitəsi ilə tərcümə edilir.
1.
Şühudi keçmiş zaman forması vasitəsilə;
a)
keçmişdə baş vermiş hərəkəti ifadə edərkən, danışan hərəkətin nə zaman və
harada icra olunduğunu göstərmək məqsədi güdüldükdə:
Yesterday
Lisa and her sister went to the theatre. –Dünən Liza və bacısı teatra getdilər.
We
went to the village last week. –Keçən həftə biz kəndə getdik.
b)
keçmişdə bir-birinin ardınca baş vermiş hadisələri nəql edərkən;
The
teacher entered the room, greeted us and sat down at the table. –Müəllim otağa
girdi, bizi salamladı və stol arxasında oturdu.
2.
Danışan hərəkətin harada və nə zaman icra olunması ilə maraqlanmadan hərəkətin
ancaq nəticəsini göstərmək istədikdə nəqli keçmiş zaman forması vasitəsi ilə.
I
read this book in summer.
–Mən bu kitabı yayda oxumuşam.
Yesterday
Gunel and her sister came. –Dünən Günel bacısı ilə bizə to guest to us.
qonaq gəlmişdi.
3.
Keçmişdə vaxtaşırı təkrar olunan hərəkəti göstərmək üçün indiki zamanın hekayə
forması ilə:
When
l lived in London l went to the –Mən
Londonda yaşayanda hər exhibition every
Sunday. bazar
günü sərgiyə gedirdim.
4.
Used
to + məsdər və would
+ məsdər ilə ifadə edilən, keçmişdə arası kəsilməyən davam edən hərəkəti
göstərmək üçün bu zaman forması indiki zamanın hekayə forması ilə və qeyri-qəti
gələcək zamanın hekayə forması ilə;
I
used to know that teacher.
–Mən o müəllimi tanıyırdım.
Last
year l often used to go to the theatre.
–Keçən il mən tez-tez teatra
gedərdim.
I
rarely eat ice cream now but l used – Mən
indi təsadüfən dondurma to eat it when l
was a child yeyirəm
amma uşaq olanda yeyərdim.
No comments:
Post a Comment