Düzəldilməsi: İndiki zamanın davamedici forması to be
felinin indiki zaman qeyri-müəyyən şəxs forması (am, is, are) və əsas felin
indiki zaman feli sifəti (Participle I) vasitəsilə düzəldilir, məs.:
I
am teaching. We are teaching.
You
are teaching. You
are teaching.
She/he
is teaching. They are teaching.
İndiki
zamanın davamedici formasının sualı şəkli to be felinin şəxs formalarını mübtədadan
əvvələ keçirmək, inkar şəkli to be felinin şəxs formalarından
sonra not inkar ədatını əlavə etmək yolu ilə düzəldilir, məs.:
Am
l teaching? I am not
teaching.
Are
you teaching? You
are not teaching.
Is
she/he teaching? She/he
is not teaching.
Are
we teaching? We are not teaching.
Are you teaching? You are not teaching.
Are they teaching? They
are not teaching.
Bu
zaman formasının inkar - sual inkar şəkli aşağıdakı kimidir:
Am l not teaching? Are we not teaching?
Are you not teaching? Are you not teaching?
Is she/he not teaching? Are they not teaching?
İndiki
zamanın davamedici formasının qısa formaları aşağıdakı şəkildədir.
Isn`t
she/he teaching?
She/he`s teaching.
She/he isn`t teaching.
İşlədilməsi: İndiki zamanın davamedici forması aşağıda göstərilmiş
hərəkətləri bildirmək üçün işlədilir.
1. Danışıq zamanı ilə eyni
vaxtda baş verən, icra edilən hərəkətləri bildirmək üçün, məs.:
The presses are printing the
first editions of tomorrow`s paper.
The union members are pacing
up and down in front of thr factory.
Cessica is dusting all the
shelves on the second floor of the shop.
2. Gələcəkdə hökmən icra edilməsi
nəzərdə tutulan hərəkətləri bildirmək üçün. Bu halda ən çox to go, to leave, to start, to come fellərindən
biri işlədilir, məs.:
He is coming to us tomorrow to
stop till the next month.
Are we
playing poker tomorrow?
I am leaving for Baku to
night.
3. Arasıkəsilmədən baş verən
proses və hərəkətləri bildirmək üçün. Bu halda bir qayda olaraq always(həmişə),
constantly(müntəzəm), ever(daimi) zərfləri işlədilir, məs.:
The earth is always moving.
She is constantly thinking of you.
She is always grumbling.
4. Başlanması nəzərdə tutulan
hərəkətləri bildirmək üçün, məs.:
l am beginnig to learn the
world.
İndiki zamanın davamedici
forması ilə aşağıdakı zaman zərfləri işlədilir: now –
indi; right now –
indicə; this week – bu həftə; today – bugün; at this moment
– bu an; nowadays – hazırda; at the present day – bu günlərdə və
s. Məsələn:
At the present time the
representatives are negotiating a contract.
He is being very careful nowadays
because he is taking tests.
Azərbaycan dilində qarşılığı: İndiki zamanın davamedici forması Azərbaycan dilinə felin indiki zaman forması ilə tərcümə
edilir, məs.:
Listen how well he is playing – Gör o nə yaxşı
çalır.
We are writing a dictation – Biz
indi imla yazırıq.
İndiki zamanın davamedici forması
gələcəyə aid olan hərəkətləri bildirərkən Azərbaycan dilinə ya indiki, ya
da gələcək zaman forması ilə tərcümə
edilir.
I am going to tell you an
interesting tale – mən sizə bir maraqlı nağıl söyləməyə hazırlaşıram.
No comments:
Post a Comment