Düzəldilməsi: Gələcək zamanın qeyri-müəyyən forması shall,
will köməkçi felləri və məsdər (to ədatsız) vasitəsilə düzəldilir; shall
birinci şəxs tək və cəmdə, will isə qalan şəxslərin tək və cəmində
işlədilir, məs.:
I
shall dance. We
shall dance.
You
will dance. You will dance.
She/he
will dance. They will dance.
Qeyd: 1653-cü ildə Gon Velis ilk dəfə shall və will köməkçi
fellərinin şəxsdən asılı olaraq dəyişmə qaydasını formalaşdırmışdır. Sonradan XVIII-XIX
əsrlərdə bu qayda məcburi olaraq məktəblərdə tədris olunmağa başlanmışdır və nəticədə
Britaniya Standartının göstəricisinə çevrilmişdir.
Gələcək
zamanın qeyri müəyyən zaman formasının sualı köməkçi feli mübtədadan əvvələ
keçirməklə düzəldilir, məs.:
Shall
l write? Shall we write?
Will
you write? Will you write?
Will
she/he write? Will
they write?
Gələcək
zamanın qeyri-müəyyən formasının inkarı shall, will köməkçi fellərindən
sonra not inkar ədatı əlavə etməklə düzəldilir, məs.:
I
shall not read. We shall not read.
You
will not read. You will
not read.
She/he
will not read. They
will not read.
Gələcək
zamanın qeyri-müəyyən qısa təsdiq şəkli
bütün şəxslər üçün eyni olaraq ‘ll forması ilə düzəldilir.
You’ll
go, they’ll dance, he’ll study və s.
Qeyd: XVII əsrdə will
köməkçi felinin qısa forması -`ll işlədilmişdir. -`ll qısalma
variantının shall köməkçi felini də əvəz etməsinə baxmayaraq bu tarixən will köməkçi
feli ilə bağlı olmuşdur.
Gələcək
qeyri-müəyyən zaman formasının qısa inkar şəkli aşağıdakı kimidir: shan’t, won’t.
I
shan’t swear. They won’t lie.
Gələcək
qeyri - müəyyən zaman formsının sual - inkar şəkli isə aşağıdakı kimidir:
Shall
l not write? Shan’t l
write?
Will
you not write? Won’t you
write?
Qeyd: Müasir ingilis dilində, xüsusən onun kanada və
amerikan variantlarında will köməkçi felinin işlənmə miqyası
getdikcə genişlənir. Will köməkçi feli shall
felini sıxışdırıb aradan çıxarır, bütün şəxslərdə will feli işlənir.
İşlədilməsi: Gələcək zamanın qeyri-müəyyən forması gələcəkdə baş
verəcək, icra ediləcək hərəkətləri bildirmək üçün işlədilir, məs.:
Bobbie
will call you tomorrow with details about the agenda.
The
Smiths say that they will not move their chicken coop.
They
will meet us at the newest cafe in the market.
Müasir
ingilis dilində, xüsusən də danışıqda gələcəkdə icra ediləcək hərəkətləri
bildirmək üçün gələcək zamanın qeyri-müəyyən zaman forması əvəzinə to be
going + məsdər, to be about + məsdər və to be on the point +
Gerund birləşmələrindən biri işlədilir. Bu birləşmələr yaxın gələcəkdə
icra olunması gözlənilən hərəkətləri bildirmək üçün işlədilir. To
be on the point + Gerund birləşməsi
ədəbi dilə xas ifadədir. To be about + məsdər dilimizdə
bir hərəkəti icra etmək üzrə olmaq, to be going + məsdər isə bir şeyi
etməyə hazırlaşmaq mənasına uyğun gəlir, məs.:
The
runners are about to start. –Qaçışçılar başlamaq üzrədirlər.
She
is going to visit us this summer. –O, yayda bizə gələcək.
Əksər
hallarda danışıq dilində istifadə olunan to be going + məsdər birləşməsi
aşağıdakı hallarda will köməkçi feli ilə düzəldilən gələcək zamanın qeyri-müəyyən
zaman formasını əvəz edir;
1.
İcrasının baş verəcəyinə əsaslandığımız, icrası haqqında qabaqcadan hiss
etdiyimiz hərəkətləri ifadə etmək lazım gəldikdə, məs.:
He
thinks that she is going to open the door.
2.
İcra olunacaq fakt bizim niyyətimizi və
yaxud qətiyyətimizi ifadə edərsə, məs.:
I
have decided not to stay here any longer. Tomorrow l`m going to look for
somewhere else to stay.
3.
Adətən əvvəlcədən planlaşdırılmış və məlumat vermə xarakterli hərəkətləri ifadə
etmək məqsədi güdüldükdə, məs.:
Who
will organize the party? Tom is going to do it.
When
l saw Tom in London, he told me he is going to return.
mumi şəkildə to be going + məsdər birləşməsi və will
köməkçi feli ilə ifadə olunan gələcək zamanı fərqləndirmək üçün aşağıdakı zaman
oxundan yararlanmaq olar.
Beləliklə,
to
be going to + məsdər birləşməsi əvvəldən planlaşdırılımış gələcəkdə
icra olunacaq hərəkətləri, will köməkçi
feli isə danışıq zamanı qərara alınan gələcəkdə icra olunası hərəkətləri ifadə
etmək üçün işlədilir, məs.:
I
have bought a new camera. I am going to take pictures during our trip.
I
am afraid we are lost. I’ll stop and ask the way.
Qeyd: Əvvəlcədən nizamlanmış, gələcəkdə icra olunacaq hərəkətləri
bildirmək üçün to meet –razılaşmaq, to go –getmək, to come –gəlmək, to move –köçmək, to have –malik olmaq felləri ilə to be going + məsdər birləşməsinin
gələcək anlayışını ifadə etmək üçün indiki davamedici zaman formasından istifadə
olunur, məs.:
What
time are meeting Ann this evening?
I’m
leaving tomorrow. I’ve got my plane ticket.
Gələcək
zamanın qeyri-müəyyən forması (will
köməkçi feli) dəvət və xahiş bildirmək üçün də işlədilir, məs.:
Will
you have some more cake?
Gələcək
zamanın qeyri-müəyyən forması adətən tomorrow
–sabah, in two days (weeks, months və s.) –iki günə (həftəyə, aya və s.), next week (month, year və s) –gələn həftəyə (aya, ilə və s.), later –sonra və s. zərf və ya zərf birləşmələri ilə işlənir, məs.:
I
shall walk the dog tomorrow.
We
shall graduate from the institute in two years.
Azərbaycan dilində qarşılığı: İngilis dilində işlənən gələcək zamanın qeyri-müəyyən
forması məzmunundan asılı olaraq Azərbaycan dilinə ya gələcək zamanın qəti,
yaxud da qeyri - qəti forması ilə tərcümə edilir;
a)
nəzərdə tutulmuş hərəkətin icrasında yəqinlik varsa, gələcək zamanın qəti
forması ilə;
b)
nəzərdə tutulmuş hərəkətin icrası fərz olunursa qeyri-qəti gələcək zaman
forması ilə. Bu zaman ingilis dilində olan cünlələrdə likely –ehtimal ki, çox güman ki, probably –yəqin ki, possibly
–bəlkə, ola bilsin, ehtimal sözləri işlədilir.
She
will probably come tomorrow. –Yəqin o sabah gələr.
Tərkibində
gələcək hərəkəti ifadə edən şərt budaq cümləli tabeli mürəkkəb cümlənin baş
cümləsi gələcək qeyri-müəyyən zaman forması ilə ifadə olunmuşsa, dilimizə məzmunundan
asılı olaraqhəm qəti gələcək, həm də qeyri - qəti gələcək zaman forması ilə tərcümə
olunur.
Qeyd: Müasir dilimizə xas olan gələcək zamanın hər iki
forması (qəti və qeyri - qəti gələcək zaman formaları) ingilis dilinə eyni
olaraq bir zaman forması ilə gələcək zamanın qeyri-müəyyən forması ilə tərcümə
edilməlidir, məs.:
It ıs amazing
ReplyDelete