Düzəldilməsi: İndiki
zamanın bitmiş forması to have köməkçi felinin indiki zaman
qeyri-müəyyən forması (have, has) və əsas felin keçmiş zaman
feli sifəti (Participle II) vasitəsi ilə düzəldilir.
I have brought. We have brought.
You have brought. You have brought.
He/ she has brought. They have brought.
Bu zaman formasının sual şəklini
düzəltmək üçün köməkçi feli mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək
üçün isə köməkçi feldən sonra not inkar ədatını işlətmək
lazımdır.
Have I brought? I have not
brought.
Have you brought? You have not brought.
Has he/she brought?
He/ she has not
brought.
Have we
brought? We have not brought.
Have you brought? You have not brought.
Have they brought? They have not brought.
İndiki zamanın bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Have we not brought?
Have you not brought?
Have I not brought?
Bu
zaman formasının qısa şəkilləri belədir:
They`ve brought.
We haven`t brought.
Haven`t I brought?
İşlədilməsi: İndiki zamanın bitmiş forması aşağıdakı hallarda
işlədilir:
1. İcra edilib bitmiş, lakin nəticəsi
göz qabağında olan hərəkətləri bildirmək üçün. Bu halda bu zaman forması hərəkətini
yaxın və ya uzaq keçmiş zamanda icra olunmasından aslı olmayaraq nəticəsi hal -
hazırdakı vaxtla əlaqədar olan hərəkəti göstərir. Burada məqsəd icra olunmuş hərəkətini
vaxtını deyil, nəticəsini nəzərə çatdırmaqdır. Məsələn:
They have built hundreds of new school in different cities.
(Bu gümlədə məqsəd məktəblərin nə
vaxt və ya nəqədər vaxt tikilməsi deyil müxtəlif şəhərlərdə yerlərlə məktəbin
tikilməsini göstərməkdir).
They have delivered the documents
we need.
(Bu gümlədə də məqsəd hərəkətin
zamanını deyil nəticəsini yəni lazım olan sənədlərin çatdırılmasını məlumat
verməkdir).
The health department has decided
that all high school students should be immunized against meningitis.
The heat wave has lasted three weeks.
She has cut her finger.
I have broken my watch.
2. Təkrarən baş verib icra edilib
bitmiş hərəkətləri bildirmək üçün. Bu zaman always - həmişə, often –
tez-tez, twice – ikidəfə və s. kimi zaman zərfləri işlədilir, məs.:
She has always been very kind to
me.
I have talked to you about him
often.
I have seen the film “
Titanic" four times.
We have been in this theatre
twice.
3. İcrası keçmişdə başlanmış müəyyən
müddət davam etmiş və hal-hazırda da davam etməkdə olan hərəkətləri bildirmək
üçün. Bu halda aşağıdakı sözlərdən istifadə olunur.
a) Hərəkətin davam etmə müddətini
bildirmək üçün for sözönü işlədilir, məs.:
She has been very busy for the
past three days.
Have taught history at this
university for 20 years.
b) hərəkətin başlanğıcını göstərmək
üçün since sözü işlədilir.
Since sözü ingilis dilində
sözönü başlanğıcı və zərf kimi çıxış edir.
1) Since cümlədə sözönü kimi
çıxış etdikdə ondan sonra vaxt bildirən zaman zərfləri işlədilir və dilimizə ....
dan (.... dən) bəri sözü vasitəsilə tərcümə edilir, məs.:
I have not met her since
Sammary.
2) since mürəkkəb cümlə
daxilində bağlayıcı kimi çıxış etdikdə baş cümlə indiki bitmiş zaman
formasında, bağlayıcı ilə başlayan budaq cümlə
isə keçmiş qeyri-müəyyən zaman formasında işlədilir. Bu bağlayıcı
dilimizə ..... dan (..... dən) bəri sözü vasitəsilə tərcümə edilir, məs.:
I have only received two letters from him since I came back from Baku.
He has worked here since he
graduated from the university
3) Since zərf kimi çıxış etdikdə o vaxtdan bəri sözləri vasitəsi ilə tərcümə
edilir.
I left Shaki in 2006 and I
haven’t seen him since.
4. Lately – son zamanlar,
bu yaxınlarda və just –indicə zərfləri demək olar ki həmişə indiki zamanın bitmiş forması ilə işlədilir.
I have just written to him.
She has finished this party
organization lately.
Qeyd.
Just now zərfi ilə həmişə keçmiş qeyri-müəyyən zaman forması
işlədilir.
He came just now. I now him just now.
5. Bu zaman forması hələ bitməmiş
vaxt müddətində icra olunmuş hərəkəti göstərmək üçün də işlədilir. Bitmiş vaxt today
- bugün, this week (month year) – bu həftə ( ay, il) və s. zaman
zərfləri və this morning (evening, afternoon) – bu səhər (axşam,
günorta) kimi ifadələrlə göstərilir.
He has not received any letter
from him this week.
(Burada bitmiş hərəkət elə bir
vaxtda icra olunmuşdur ki, o vaxt hələ qurtarmamışdır).
Donna has dreamt about parrot
sitting in trees every morning this year. I have seen her this morning.
(Danışan hərəkəti icra olunduğunu
xəbər verərkən vaxt saat on ikiyə qədərdir, yəni hələ səhərdir. Ancaq saat
onikidən keçmiş olarsa belə halda keçmiş qeyri - müəyyən zaman forması işlədilməlidir).
6. Bu zaman forması adətən
aşağıdakı zaman zərfləri ilə işlədilir: never- heç vaxt, ever – hər,
yet – hələ, already – artıq, of late – son vaxtlar.
Bu zaman zərflərindən already
təsdiq cümlələrdə never, yet inkar cümlələrdə, ever adətən
sual cümlələrində işlədilir. Məsələn:
She has done a great deal of work
of late.
Have you ever translated medical
articles?
The police have not arrested the
robbers yet.
I have already finished my
dissertation.
7. Bitmiş gələcək hərəkəti göstərmək
üçün after, when, as soon as, if, till (until) və s.
bağlayıcılarla başlayan zaman və şərt budaq cümlələrində gələcək zaman forması əvəzinə
indiki bitmiş zaman forması işlədilir. Məsələn:
We shall start at four o’clock if it has stopped raining
by that time.
I shall call you as soon I have
finished with the report.
Qeyd: to here, to see, to come, to arrive, to return
kimi hissiyat və hərəkət bildirən fellərlə zaman budaq cümlələrində adətən
indiki zamanın bitmiş forması deyil, indiki zamanın qeyri-müəyyən forması işlədilir.
Ancaq hərəkətin bitməsini vurğulamaq məqsədi güdüldükdə indiki zamanın bitmiş
forması işlədilir:
I am sure he will recognize the
poem when he hears the first time.
Mən əminəm ki, ilk sərtini eşidən
kimi o şeri tanıyacaq.
He will know the poem by heart
when he has heard it twice.
O iki dəfə eşidən kimi seiri əzbər
öyrənəcək.
8. Where, how və why
sual sözləri ilə başlayan cümlələrdə mənadan aslı olaraq ya indiki zamanın
bitmiş forması ya da keçmiş zamanın qeyri - müəyyən forması işlədilə bilər.
Where has she gone? O hara gedib ( İndi o burada deyil)
Where did you go? Sən hara getmişdin (Sən indi gayıtmısan)
9. When sual sözü ilə
başlayan sual cümlələrində hərəkət keçmişə aiddirsə indiki zamanın bitmiş
forması deyil həmişə keçmiş qeyri-müəyyən zaman forması işlədilir.
I have seen her today - Mən onu bugün görmüşəm
When did you see her? – Sən onu nə
vaxt görmüsən?
10. İndiki zamanın bitmiş forması
danışıq zamanı hərəkətin davam etməsini də bildirə bilər ki, bu cür işlənmə inklusiv
işlənmə adlanır. Məzmunca indiki zamanın davam edib bitmiş formasında işlədilməli
olan cümlələrdə hərəkət davamedici zaman formalarında işlədilməyən fellərlə
ifadə olunarsa, cümlə indiki zamanın bitmiş formasında işlədilir. Məsələn:
I have known him for many years.
İndiki zamanın bitmiş forması
sual şəklində işlənərkən hərəkətin icrasının bitib bitmədiyi soruşulur, məs.:
Have you prepared your work?
İngilis dilində aşağıdakı cümlələrdə
indiki bitmiş zaman forması işlədilmir.
1. Nə dediniz? – What
did you say?
2. Sualınızı eşitmədim – I did not hear your question.
3. İndi başa düşdüm – Now I understand.
4. Bu kitab haradan almışsınız? – Where did you buy the book?
5. Belə deyirlər ki, Əli Bakıdadır – I hear that Ali
is in Baku.
(to hear feli burada fiziki
qavrayış ifadə etmir. To hear feli burada belə deyirlər, belə şayə var deməkdir).
6. Mənə dedilər ki, Əli
Bakıdadır – I am told that Ali is in Baku.
Qeyd: To forget
feli müəyyən faktı ifadə edirsə yəni faktı unutmaqdan bəhs edilirsə həm İndiki
zamanın qeyri – müəyyən forması həm də indiki zamanın bitmiş forması işlədilə
bilər.
I forget (have forgetten) when he
lives
I forget (have forgetten) the
title of the books.
To forget feli ilə müəyyən bir
hərəkətini unudulmasından bəhs edilirsə indiki zamanın bitmiş forması işlədilir.
I have forgotten to ring her
up.
Azərbaycan dilində
qarşılığı: Müasir
ingilis dilinə xas olan indiki zamanın bitmiş forması bildirdiyi hərəkətini tərzində
aslı olaraq Azərbaycan dilinə iki cür tərcümə edilir:
1) danışıq anına qədər icra
edilib bitmiş hərəkətləri bildirdikdə felin nəqli keçmiş zaman forması vasitəsi
ilə;
2) keçmişdə müəyyən bir vaxtda
başlanaraq hal-hazırda da davam edən hərəkətləri bildirərkən isə felin indiki zaman
forması vasitəs ilə;
I have found the letter you were looking for. Here it is.
Mən sənin axtardığın məktubu
tapmışam. Budur.
Since 1990 I have lived in a
small house hear the coast.
Mən 1990-cı ildən
bəri sahilə yaxın balaca bir evdə yaşayıram.
mənim ən böyük problemim biridə indi ki zamanın bitmiı formasıdır
ReplyDeletezəhmət olmasa yazdiglarınızı tercümə edərdiz
bəli onların zəhmət olmasa tərcümələrində yazardızda
ReplyDelete