Thursday, December 26, 2013

Animal Idioms

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 





                                      

Wednesday, December 25, 2013

İndiki zamanın bitmiş forması (The Present Prefect Tense Forms)


Düzəldilməsi: İndiki zamanın bitmiş forması to have köməkçi felinin indiki zaman qeyri-müəyyən forması (have, has) və əsas felin keçmiş zaman feli sifəti (Participle II) vasitəsi ilə düzəldilir.
I have  brought.                               We have brought.
You have brought.                           You have brought.
He/ she has brought.                      They have brought.
Bu zaman formasının sual şəklini düzəltmək üçün köməkçi feli mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək üçün isə köməkçi feldən sonra not inkar ədatını işlətmək lazımdır.
Have I brought?                            I have not brought.
Have you brought?                       You have not brought.
Has he/she brought?                   He/ she has not brought.
Have we brought?                        We have not brought.
Have you brought?                       You have not brought.
Have they brought?                      They have not brought.
İndiki zamanın bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Have we not brought?
Have you not brought? 
Have I not brought?
Bu zaman formasının qısa şəkilləri belədir:
They`ve brought.
We haven`t brought.
Haven`t I brought?
İşlədilməsi: İndiki zamanın bitmiş forması aşağıdakı hallarda işlədilir:
1. İcra edilib bitmiş, lakin nəticəsi göz qabağında olan hərəkətləri bildirmək üçün. Bu halda bu zaman forması hərəkətini yaxın və ya uzaq keçmiş zamanda icra olunmasından aslı olmayaraq nəticəsi hal - hazırdakı vaxtla əlaqədar olan hərəkəti göstərir. Burada məqsəd icra olunmuş hərəkətini vaxtını deyil, nəticəsini nəzərə çatdırmaqdır. Məsələn:
They have built hundreds of new school in different cities.
(Bu gümlədə məqsəd məktəblərin nə vaxt və ya nəqədər vaxt tikilməsi deyil müxtəlif şəhərlərdə yerlərlə məktəbin tikilməsini göstərməkdir).
They have delivered the documents we need.
(Bu gümlədə də məqsəd hərəkətin zamanını deyil nəticəsini yəni lazım olan sənədlərin çatdırılmasını məlumat verməkdir). 
The health department has decided that all high school students should be immunized against meningitis.
The heat wave has lasted three weeks.
She has cut her finger.
I have broken my watch.
2. Təkrarən baş verib icra edilib bitmiş hərəkətləri bildirmək üçün. Bu zaman always - həmişə, often – tez-tez, twice – ikidəfə və s. kimi zaman zərfləri işlədilir, məs.:
She has always been very kind to me.    
I have talked to you about him often.
I have seen the film “ Titanic" four times.
We have been in this theatre twice.
3. İcrası keçmişdə başlanmış müəyyən müddət davam etmiş və hal-hazırda da davam etməkdə olan hərəkətləri bildirmək üçün. Bu halda aşağıdakı sözlərdən istifadə olunur.
a) Hərəkətin davam etmə müddətini bildirmək üçün for sözönü işlədilir, məs.:
She has been very busy for the past three days.
Have taught history at this university for 20 years.
b) hərəkətin başlanğıcını göstərmək üçün since sözü işlədilir.
Since sözü ingilis dilində sözönü başlanğıcı və zərf kimi çıxış edir.
1) Since cümlədə sözönü kimi çıxış etdikdə ondan sonra vaxt bildirən zaman zərfləri işlədilir və dilimizə .... dan (.... dən) bəri sözü vasitəsilə tərcümə edilir, məs.:
I have not met her since Sammary.
2) since mürəkkəb cümlə daxilində bağlayıcı kimi çıxış etdikdə baş cümlə indiki bitmiş zaman formasında, bağlayıcı ilə başlayan budaq cümlə  isə keçmiş qeyri-müəyyən zaman formasında işlədilir. Bu bağlayıcı dilimizə ..... dan (..... dən) bəri sözü vasitəsilə tərcümə edilir, məs.:
I have only received two letters from him since I came back from Baku.
He has worked here since he graduated from the university
3) Since zərf kimi çıxış etdikdə o vaxtdan bəri sözləri vasitəsi ilə tərcümə edilir.
I left Shaki in 2006 and I haven’t seen him since.
4. Lately – son zamanlar, bu yaxınlarda və just –indicə zərfləri demək olar ki həmişə indiki zamanın bitmiş forması ilə işlədilir.
I have just written to him.
She has finished this party organization lately.
Qeyd. Just now zərfi ilə həmişə keçmiş qeyri-müəyyən zaman forması işlədilir.
He came just now.                      I now him just now.
5. Bu zaman forması hələ bitməmiş vaxt müddətində icra olunmuş hərəkəti göstərmək üçün də işlədilir. Bitmiş vaxt today - bugün, this week (month year) – bu həftə ( ay, il) və s. zaman zərfləri və this morning (evening, afternoon) – bu səhər (axşam, günorta) kimi ifadələrlə göstərilir.
He has not received any letter from him this week.
(Burada bitmiş hərəkət elə bir vaxtda icra olunmuşdur ki, o vaxt hələ qurtarmamışdır).
Donna has dreamt about parrot sitting in trees every morning this year. I have seen her this morning.
(Danışan hərəkəti icra olunduğunu xəbər verərkən vaxt saat on ikiyə qədərdir, yəni hələ səhərdir. Ancaq saat onikidən keçmiş olarsa belə halda keçmiş qeyri - müəyyən zaman forması işlədilməlidir).
6. Bu zaman forması adətən aşağıdakı zaman zərfləri ilə işlədilir: never- heç vaxt, ever – hər, yet – hələ, already – artıq, of late – son vaxtlar.
Bu zaman zərflərindən already təsdiq cümlələrdə never, yet inkar cümlələrdə, ever adətən sual cümlələrində işlədilir. Məsələn:
She has done a great deal of work of late.
Have you ever translated medical articles?
The police have not arrested the robbers yet.
I have already finished my dissertation.
7. Bitmiş gələcək hərəkəti göstərmək üçün after, when, as soon as, if, till (until) və s. bağlayıcılarla başlayan zaman və şərt budaq cümlələrində gələcək zaman forması əvəzinə indiki bitmiş zaman forması işlədilir. Məsələn:
We shall start at four o’clock if it has stopped raining by that time.
I shall call you as soon I have finished with the report.
Qeyd: to here, to see, to come, to arrive, to return kimi hissiyat və hərəkət bildirən fellərlə zaman budaq cümlələrində adətən indiki zamanın bitmiş forması deyil, indiki zamanın qeyri-müəyyən forması işlədilir. Ancaq hərəkətin bitməsini vurğulamaq məqsədi güdüldükdə indiki zamanın bitmiş forması işlədilir:
I am sure he will recognize the poem when he hears the first time.
Mən əminəm ki, ilk sərtini eşidən kimi o şeri tanıyacaq.
He will know the poem by heart when he has heard it twice.
O iki dəfə eşidən kimi seiri əzbər öyrənəcək.
8. Where, howwhy sual sözləri ilə başlayan cümlələrdə mənadan aslı olaraq ya indiki zamanın bitmiş forması ya da keçmiş zamanın qeyri - müəyyən forması işlədilə bilər.
Where has she gone?         O hara gedib ( İndi o burada deyil)
Where did you go?              Sən hara getmişdin (Sən indi gayıtmısan)
9. When sual sözü ilə başlayan sual cümlələrində hərəkət keçmişə aiddirsə indiki zamanın bitmiş forması deyil həmişə keçmiş qeyri-müəyyən zaman forması işlədilir.
I have seen her today -  Mən onu bugün görmüşəm
When did you see her? – Sən onu nə vaxt görmüsən?
10. İndiki zamanın bitmiş forması danışıq zamanı hərəkətin davam etməsini də bildirə bilər ki, bu cür işlənmə inklusiv işlənmə adlanır. Məzmunca indiki zamanın davam edib bitmiş formasında işlədilməli olan cümlələrdə hərəkət davamedici zaman formalarında işlədilməyən fellərlə ifadə olunarsa, cümlə indiki zamanın bitmiş formasında işlədilir. Məsələn:
I have known him for many years.
İndiki zamanın bitmiş forması sual şəklində işlənərkən hərəkətin icrasının bitib bitmədiyi soruşulur, məs.:
Have you prepared your work?
İngilis dilində aşağıdakı cümlələrdə indiki bitmiş zaman forması işlədilmir.
1.   Nə dediniz? – What  did you say?
2.   Sualınızı eşitmədim – I did not hear your question.
3.   İndi başa düşdüm – Now I understand.
4.   Bu kitab haradan almışsınız? – Where did you buy the book?
5.   Belə deyirlər ki, Əli Bakıdadır – I hear that Ali is in Baku.
(to hear feli burada fiziki qavrayış ifadə etmir. To hear feli burada belə deyirlər, belə şayə var deməkdir).
6. Mənə dedilər ki, Əli Bakıdadır – I am told that Ali is in Baku.
Qeyd: To forget feli müəyyən faktı ifadə edirsə yəni faktı unutmaqdan bəhs edilirsə həm İndiki zamanın qeyri – müəyyən forması həm də indiki zamanın bitmiş forması işlədilə bilər.
I forget (have forgetten) when he lives
I forget (have forgetten) the title of the books.
To forget feli ilə müəyyən bir hərəkətini unudulmasından bəhs edilirsə indiki zamanın bitmiş forması işlədilir.
I have forgotten to ring her up.
Azərbaycan dilində qarşılığı: Müasir ingilis dilinə xas olan indiki zamanın bitmiş forması bildirdiyi hərəkətini tərzində aslı olaraq Azərbaycan dilinə iki cür tərcümə edilir:
1) danışıq anına qədər icra edilib bitmiş hərəkətləri bildirdikdə felin nəqli keçmiş zaman forması vasitəsi ilə;
2) keçmişdə müəyyən bir vaxtda başlanaraq hal-hazırda da davam edən hərəkətləri bildirərkən isə felin indiki zaman forması vasitəs ilə;
I have found the letter you were looking for. Here it is.
Mən sənin axtardığın məktubu tapmışam. Budur.
Since 1990 I have lived in a small house hear the coast.
Mən 1990-cı ildən  bəri sahilə yaxın balaca bir evdə yaşayıram.

Tuesday, December 24, 2013

VI sinif ---- Böyük Summativ Qiymətləndirmə



Big Summative I                                                                     Name: ………………………………..


Choose the correct degree of the adjective.
1. The weather in winter is … than in summer.
a) the coldest           b) colder           c) cold        d) more colder
2. Maiden tower is as … as Tower of London.
a) old         b) older             c) the oldest      d) more older
3. Nil is … river in the world.
a) longest        b) longer           c) long           d) the longest
Choose the correct variant.
4. My sister … a letter for us last week.
a) write                   b)wrote
c) writing                d) to write
5. My friend … speak English.
a) Is           b) can      c) isn’t          d) don’t
6. Listen! The birds … in the garden now.
a) singing                  b) are singing
c) sing                      d) sings
7. Lala … the cartoon “Madagascar” yesterday.
a) watch       b) watched       c)watches       d) watching
8. She  ....  to the cinema.
 a) not went            b) didn’t went
 c) didn’t go           d) doesn’t went
9. Did you .......... to the cinema?
a)  went             b) go
c) going             d) to go
10. You … your classroom clean.
a) should      b) shouldn’t keep      c) should keep    d)  should to keep
11. Match the translation.
Müdafiə etmək                         punish
Yarış                                         competition
Həmrəylik                                defend
Fişəng                                      solidarity
Cəzalandırmaq                        fireworks

12. Complete the table in simple past.

Positive

Negative

Interrogative

Children were at the library.

 

 

 

We didn’t make a fire

 

We learnt about wild animals.

 

 

 

 

Did I have a lot of fun?

They walked in the park.

 

 

 

13. Which is correct?

a) resolution           b) roselution            c) resuliton           d) resoluton

a) enertainment      b) entertainment      c) entertenment    d) entertanmet

a) exbition              b) exibition              c) exhibiton          d) exhibition

 

Translate the sentences.

 

14. We can watch various films, cartoons, music and sport programmes on TV.

 

 

15.Last afternoon children went to the garden.