Friday, January 31, 2014

Keçmiş zamanın davam edib bitmiş forması (The past perfect progressive Tense



 Düzəldilməsi: Keçmiş zamanın davam edib bitmiş forması to be köməkçi feilinin keçmiş zamanın bitmiş forması (had been) və əsas feilin indiki zaman feili sifəti (Participle I) vasitəsi ilə düzəldilir.
I had been inviting.                   We had been inviting.                  
You had been inviting.              You had been inviting.                  
He/she had been inviting.        They had been inviting.                  
Bu zaman formasının sual şəklini düzəltmək üçün birinci köməkçi feili (had) mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feildən sonra not inkar ədatını işlətmək lazımdır.
Had I been inviting?                 I had not been inviting. 
Had you been inviting?            You had not been inviting. 
Had he/she been inviting?       He/she had not been inviting.
Had we been inviting?             We had not been inviting.     
       Had you been inviting?            You had not been inviting.         
Had they been inviting?           They had not been inviting.              
 Keçmiş zamanın davam edib bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Had I not been inviting?               Had we not been inviting?
Had you not been inviting?          Had you not been inviting?
Had he/she not been inviting?     Had they not been inviting?
Bu zaman formasının qısa şəkilləri belədir:
They had been inviting.                  
We hadn’t been inviting.
Hadn’t you been inviting?        
İşlədilməsi: Keçmiş zamanın davam edib bitmiş forması aşağıdakı hallarda işlədilir:
1. İnklusiv işlənmə - keçmişdə müəyyən vaxtdan və ya hərəkətdən əvvəl başlanmış, bir müddət davam etmiş və həmin vaxtda da davam edən hərəkətləri bildirmək üçün. Bu halda hərəkətin davam müddətini göstərmək üçün for, başlanğıcını göstərmək üçün isə since sözünü işlədilir.
 Madeleine had been reading mystery novels for several years before she discovered the works of  Agatha Christie.
2.Eksklusiv işlənmə -keçmişdə baş verib müəyyən müddət davam edən, lakin həmin anda davam etməyən hərəkətləri bildirmək üçün, məsələn:
He felt tired as he had been playing football for several hours. 
Azərbaycan dilində qarşılığı: Keçmiş zamanın davam edib bitmiş formasının Azərbaycan dilində qarşılığı onun inklusiveksklusiv  işlənməsindən asılıdır:
a) bu zaman forması inklusiv işlənərkən dilimizə şühudi keçmiş zamanın bitməmiş forması ilə;
We had been talking about repainting the front room for 3 years and last night we finally bought the paint.
Biz ön otağın təmiri haqqında  üç ildir ki danışırdıq və nəhayət keçən gecə  biz boyaq aldıq.
b) eksklusiv  işlənərkən isə nəqli keçmiş zaman forması ilə tərcümə edilir.
He finally arrived at 6 oclock. I had been waiting for him since 3 oclock.  
O nəhayət saat altıda gəlib çatdı. Mən onu saat üçdən bəri  gözləmişdim.  

Thursday, January 23, 2014

İndiki zamanın davam edib bitmiş forması (The Present Progressive Tense)



Düzəldilməsi: İndiki zamanın davam edib bitmiş forması to be köməkçi felinin indiki zamanın bitmiş forması (have/has been) və əsas felin indiki zaman feli sifəti (Participle I) vasitəsi ilə düzəldilir.
      I have been expecting.                       We have been expecting. 
      You have been expecting.                  You have been expecting.
      He (she) has been expecting.           They have been expecting.
Bu zaman formasının sual şəklini düzəltmək üçün birinci köməkçi feli mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feldən sonra not inkar ədatını işlətmək lazımdır.
Have I been expecting?              I have not been expecting.
Have you been expecting?        You have not been expecting.
Has he/she been expecting?    He (she) has not been expecting.
Have we been expecting?         We have not been expecting.
Have you been expecting?        You have not been expecting.
Have they been expecting?       They have not been expecting.
 İndiki zamanın davam edib bitmiş formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Have I not been expecting?          Have we not been expecting?
Have you not been expecting?     Have you not been expecting?
Has she/he not been expectin?    Have they not been expecting?
Bu zaman formasının qısa şəkilləri belədir:
I’ve been expecting.
We haven’t been expecting.
Hasn’t she/he been expecting?          
İşlədilməsi: İndiki davam edib bitmiş zaman formasının iki şəkildə -inklusiveksklusiv işlənməsi mövcuddur.
1. İndiki davam edib bitmiş zaman formasının danışıq zamanı hərəkətin davam etməsini bildirməsinə onun inklusiv işlənməsi deyilir. İnklusiv işlənmə zamanı indiki davam edib bitmiş zaman forması keçmişdə icra olunmağa başlanan danışıq zamanı da davam edən hərəkətləri bildirir. Bu halda, bir qayda olaraq, hərəkətin başlanğıcını bildirmək üçün since, onun davam etmə müddətini göstərmək üçün isə for sözönü işlədilir. Əgər since bağlayıcısı budaq cümlə ilə işlədilirsə, budaq cümlədəki felin xəbəri keçmiş zamanın qeyri-müəyyən formasında olur. Məsələn:
They have been publishing this comic book for ten years.
The children have playing in the yard since 6 o’clock.
He has been working at that factory since he came to Baku.
Davamedici zaman formalarında işlədilməyən fellər isə yalnız indiki zamanın bitmiş formasında işlədilir.
Qeyd: Davamedici zaman formalarında işlədilməməsinə baxmayaraq tez-tez şifahi nitqdə to wishto want felləri indiki davam edib bitmiş zaman formasında işlədilir:
I have been wishing to speak to you ever since you returned.
2. İndiki davam edib bitmiş zaman formasının danışıq zamanı hərəkətin davam etmədiyini bildirməsinə onun eksklusiv işlənməsi deyilir.
I feel tired as I have been working in the garden for several hours.
I have been writing this essay in your absence.
3. İndiki davam edib bitmiş zaman forması həmdə dəfələrlə təkrarən icra edilən, baş verən hərəkətləri bildirmək üçün işlədilir, məs.:
I have been getting flower from him.
Azərbaycan dilində qarşılığı: İndiki zamanın davam edib bitmiş formasının Azərbaycan dilinə tərcüməsi onun inklusiveksklusiv  işlənməsindən asılı olur.
1) bu zaman forması inklusiv işlənərkən Azərbaycan dilinə bir qayda olaraq, felin indiki zaman forması ilə tərcümə edilir.
 I have been hearing a lot about her during the past few days.
Son 1 neçə gün ərzində mən onun haqqında çox eşidirəm.
He has been studying for two years at the university.
O 2 ildir ki, universitetdə oxuyur.
2) həmin zaman forması eksklusiv işlənərkən Azərbaycan dilinə felin nəqli keçmiş zaman forması vasitəsilə tərcümə edilir.
I’m tired. I have been working in the garden all day.
Mən yorulmuşam. Mən bütün günü bağda işləmişəm.
Your eyes are red. You have been crying.
       Sənin gözlərin qızarıb. Sən ağlamısan.

Friday, January 17, 2014

Thursday, January 16, 2014

The Fly Swat Game: vocabulary building


Put a bunch of words either on a board or sheet of paper. Give the two students a pair of fly-swatters. Tell the students to slap a specific word or say something like, "Slap the noun", "Slap the adjective" etc. This is a team game and whoever slaps the correct word first gets the point.

(Don't let the students just drag the fly-swatter across the board though in order to get the point.)





Dərs planlaşdırmanın mərhələləri



Dərs planı yazmağın bir çox üsülu var, bu onlardan sadəcə biridir. Yaxşı dərs planı müəllimə bir mövzudan digərinə, bir  fəaliyyət formasından digərinə rahatca keçməyə imkan yaradır. Dərs planının hissələri bir-birini izləyib tamamlamalı və şagirdlərə növbəti məqsədi yerinə yetirməyə kömək edir.
Adətən planlaşdırma bu mərhələlərlə gedir:
Presentation-Practice-Production (PPP)     Təqdimat – Məşq- Tətbiqetmə
Dərs planı müəllimlərə bu formatı effektiv ardıcıllıqla izləməyə kömək edir.

ƏVVƏLCƏ:
·         Başlıq yarat. Dərsin üçün qısa başlıq yarat bu sənə dərsin nə haqqında olduğunu xatırlamağa kömək edəcək və daha sonra da ona qayıdıb baxa biləcəksən
·         Dərsin üçün məqsəd qoy. Dərs məqsədinin yaxşı izahı belədir: “Siz uşaqlarınızın əvvəlki dərslərdə edə bilmədiyi nəyi etməyini istəyirsiniz?” Məsələn: “Şagirdlər keçmiş davamedici zaman formasını anlayacaq və keçmiş davamedici zaman formasında öz cümlələrini quracaqlar.”

NÖVBƏTİ:
I Addım: Motivasiya
Motivasiya şagirdlərdə dərsə qarşı maraq yaradır.
·         Əgər şagirdlər öyrəndiyi mövzunun arxasındakı NİYƏ-ni anlaya bilsələr yəni onlar nə öyrənəcəklər və necə öyrənəcəklər bilsələr o zaman onlar dərsi daha tez anlayacaq və iştirak etməkçün can atacaqlar.
·         İnsanların öyrəndikləri əvvəl bildiklərilə əlaqəli olanda onu daha uzun müddət və daha effektli yadda saxlayırlar. Bu əvvəlki baza biliyin işə salınması kimi bilinir. Tədqiqatlar sübut edir ki, yeni biliklər bizim beynimizdəki köhnə biliklərlə müqayisə olunur. Buna görə də şagirdlərə dərs haqqında əvvəlcədən nə bildiklərini görməyə kömək etmək
o   Onlara yeni bilikləri daha cəld mənimsəməyə kömək edir.
o   Onlara yeni məlumatı uzunmüddət xatırlamağa kömək edir.

II Addım: Təqdimat / İnformasiya
Təqdimat / İnformasiya hissəsi mühazirə, oxu, pover pointdə təqdimat, video və audio kliplərin nümayişindən ibarət ola bilər. Yaxud da bu özündə dil xüsusiyyətlərini əks etdirən dialoq ola bilər. Təqdimat tez tez izahlarla, nümunələrlə müşayət olunmalıdırki şagirdlər üçün anlaşılan olsun. BU SİZİN DƏRSİN ƏN ƏSAS HİSSƏSİDİR! BURADA SİZ ŞAGİRDLƏRİNİZƏ YENİ BİR ŞEY ÖYRƏDİRSİZ! BU ƏN VACİBİDİR!
III Addım: Məşq
Bu mərhələdə şagirdlərə yenicə öyrənmiş olduqları məlumatları məşq etmək imkanı verilir. Məşq mərhələsi Tətbiqetmə mərhələsindən daha mexanikidir.(məs, yeni sözləri düzgün və səlis tələffüzünü öyrənmək üçün təkrar etmək)Məşq şagirdlərə Təqdimat mərhələsində öyrənmiş olduqları anlayış, qayda, ideya və formulların bir qismini istifadə etməyə imkan verir.

IV Addım: Tətbiqetmə
Bu mərhələdə şagirdlər öyrənmiş olduqları məlumatları real həyatda tətbiq edirlər. Təbii ki, bu həmişə mümkün deyil xüsusilədə xarici dil tədrisində. Buna görə də adətən sinifdəki tətbiqetmə daha çox real həyatdakı təcrübənin rollu oyunlar bənzətmə və imitasiya vasitəsilə təsviridir.

SON:
Hesabat: Sonda şagirdlərin bu gün dərsdə nəyi öyrəndiklərini dəqiqləşdirmək lazımdır. Şagirdlər öyrəndikləri mövzu ilə bağlı ümumiləşdirmə aparmalı və əsas məqamların xülasəsini çıxarmalıdırlar.
Əsasan aşağıdakı kimi suallar əsasında bu mərhələni həyata keçirmək olar.
·         Əvvəl bilmədiyiniz nəyi öyrəndiniz?
·         Nə asan idi? Nə sizdə dolaşıqlıq yarada bilər? Nəyi anlamadınız?
·         Dərsin hansı hissəsinə daha çox izahata ehtiyac vardı?  və s.
Dəsdən sonra isə özünüz üçün bir hesabat aparın: Dərsdə nə yaxşı alındı? Nəyi daha fərqli etmək olardı? Növbəti dərsdə hansı məqama yenidən toxunmalısınız?