Tuesday, March 11, 2014

Would rather vs Would prefer

Negative form for WOULD RATHER -- would rather + not + bare infinitive (verb1)
• I would rather not tell you.
• She would rather not eat.
• He would rather not go to work today.

Negative form for WOULD PREFER -- would prefer + not + infinitive (to + verb1)
• I would prefer not to play a game.
• They would prefer not to face the problem.
• She would prefer not to invite him.


Wednesday, March 5, 2014

Keçmişə nəzərən gələcək zamanın davam edib bitəcək forması (The Future Perfect Progressive İn The Past )


Düzəldilməsi: Keçmişə nəzərən gələcək zamanın davam edib bitəcək forması to be köməkçi felinin keçmişə nəzərən gələcək zaman bitmiş forması (should/would have been) və əsas felin indiki zaman feli sifəti (Participle I) vasitəsi ilə düzəldilir. 
I should have been sleeping.
You would have been sleeping.
He/she would have been sleeping.
We should have been sleeping.
You would have been sleeping.
They would have been sleeping.     
Bu zaman formasının sual şəklini düzəltmək üçün birinci köməkçi feli (should/would) mübtədadan əvvələ keçirmək, inkar formasını düzəltmək üçün isə birinci köməkçi feldən sonra not inkar ədatını işlətmək lazımdır. 
Should I have been sleeping?
Would you have been sleeping? 
Would he have been sleeping?
Should we have been sleeping? 
Would you have been sleeping?      
Would they have been sleeping?    

I should not have been sleeping.
You would have not been sleeping.
He would not have been sleeping.
We should not have been sleeping.
You would not have been sleeping.
They would not have been sleeping.
Keçmişə nəzərən gələcək zamanın davam edib bitəcək formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Should I not have been sleeping?   
Would you not have been sleeping?
Would he not have been sleeping?     
Should we not have been sleeping? 
Would you not have been sleeping?
Would they not have been sleeping?
Bu zaman formasının qısa şəkilləri belədir:
Shouldn’t we have been sleeping?
You wouldn’t have been sleeping.
İşlədilməsi: Keçmişə nəzərən gələcək zamanın davam edib bitəcək forması  keçmişə nəzərən gələcək zamanda müəyyən bir müddət davam edib bitəcək hərəkətləri bildirmək üçün işlədilir.
I had suggested him about new job and he would have been expecting my inviting.
Qeyd: Keçmişə nəzərən gələcək zamanın davam edib bitəcək forması müasir ingilis dilində ən az işlənən zaman formasıdır. Onun işlədilməsi zaman uzlaşması və vasitəli nitq ilə əlaqədardır.  
Azərbaycan dilində qarşılığı: Keçmişə nəzərən gələcək zamanın  davam edib bitəcək forması Azərbaycan dilinə felin –mış/ -miş/ -muş/ -müş + olacaq  perifrastik forması vasitəsilə tərcümə edilir.
He said that by the end of year, he would have been learning French for a year.
O dedi ki, bu ilin sonunda bir ildir ki, fransız dilini öyrənmiş olacaq.