Düzəldilməsi: Keçmişə nəzərən gələcək zamanın davamedici forması to
be köməkçi felinin keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən forması (should
be / would be) və əsas felin indiki zaman feli sifəti ilə düzəldilir,
məsələn:
I should be driving. We should be driving.
You would be driving. You would be driving.
He/she would be driving. They would be driving.
Bu zaman formasının sual şəklini
düzəltmək üçün birinci köməkçi feli mübtədadan əvvələ keçirmək, inkar formasını
düzəltmək üçün isə birinci köməkçi feldən sonra not inkar ədatını
işlətmək lazımdır.
Should I be driving? I
should not be driving.
Would you be driving? You would
not be driving.
Would
he/she be driving? He/she would not be
driving.
Should we be driving? We
should not be driving.
Would you be driving? You would not be driving.
Would they be
driving? They would not be
driving.
Keçmişə nəzərən gələcək
zamanın davamedici formasının inkar - sual şəkli aşağıdakı kimidir:
Should we not be driving?
Would he/she not be driving?
Bu
zaman formasının qısa şəkilləri belədir:
I'd be driving. He'd be
driving.
You wouldn't be driving. We shouldn't be driving.
Wouldn't they be driving? Shouldn't I be driving?
İşlədilməsi: Keçmişə nəzərən gələcək zamanın davamedici forması
keşmiş baxımından gələcəkdə dəqiq bir vaxtda baş verib davam edəcək hərəkətləri
bildirmək üçün işlədilir, məs:
I felt sure they would be discussing the same problem when I called.
She thought that I should be
working all day.
Azərbaycan dilində qarşılığı: Keçmişə nəzərən
gələcək zamanın davamedici forması Azərbaycan dilinə felin qəti gələcək zamanı
və ya –maqda / - məkdə ol –
perifrastik formaları ilə tərcümə edilir, məsələn:
We thought that they would be
working on this translation the whole day – Biz elə zənn edirdik ki, onlar
bütün günü bu tərcümə üzərində işləyəcəklər.
She said that she would be giving an English lesson at 5 o’clock – O dedi ki, o saat 5-də
ingilis dili dərsi deməkdə olacaq.
No comments:
Post a Comment