Sunday, December 15, 2013

Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən forması (The Future in the Past)



Düzəldilməsi: Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən forması should, would köməkçi felləri və əsas felin məsdəri (to ədatsız) vasitəsilə düzəldilir; should birinci şəxs tək və cəmdə, would isə qalan şəxslərin tək və cəmində işlədilir, məs.:
I should go.                                 We should go.
You would go.                             You would go.
She/he would go.                        They would go.
Qeyd: Müasir ingilis dilində will köməkçi felinin indiki zamanın qeyri- müəyyən formasında shall köməkçi felini sıxışdırıb aradan çıxarmaq meyli, onun keçmiş zaman forması olan would köməkçi felində də müşahidə edilir; would köməkçi feli də should köməkçi felini sıxışdırır, bütün şəxslərdə would  köməkçi felinin işlənməsi müşahidə edilir.
Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən formasının sualı köməkçi feli (should, would) mübtədadan əvvələ keçirmək yolu ilə düzəldilir, məs.:
Should l go?                               Should we go?
Would you go?                           Would you go?
Would she/he go?                      Would they go?
Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən formasının inkarı köməkçi feldən sonra not inkar ədatını əlavə etməklə düzəldilir, məs.:
I should not go.                           We should not go.
You would not go.                       You would not go.
He/she would not go.                  They would not go.
Bu zaman formasının qısa təsdiq və qısa inkar formaları aşağıdakı kimidir:
I`d go.                                            I shouldn`t go.
You`d go.                                      You wouldn`t go.
She/he`d go.                                  She/he wouldn`t go.
We`d go.                                        We shouldn`t go.
You`d go.                                       You wouldn`t go.
They`d go.                                     They wouldn`t go.
Keçmişə nəzərən gələcək zamanın qeyri-müəyyən formasının inkar-sual şəkli də iki cür işlənir.
Should l not go?                            Shouldn`t l go?
Would you not go?                        Wouldn`t you go?
Would she/he not go?                   Wouldn`t she/he not go?
Should we not go?                        Shouldn`t we go?
Would you not go?                        Wouldn`t you go?
Would they not go?                        Wouldn`t they go?
İşlədilməsi: Keçmişə nəzərən qeyri-müəyyən gələcək zaman forması keçmiş zaman baxımından gələcəkdə icra ediləcək, baş verəcək hərəkətləri bildirmək üçün işlədilir, məs.:
He told me that he would resign from his post before long.
I said that l should write a letter to him.
He knew that she would return next week.
She asked them whether they would tkae part in that work.

No comments:

Post a Comment